Fərid Şahbazlı: “Azərbaycan-Pakistan əlaqələri çətin tarixi sınaqlardan üzüağ çıxıb”


Fərid Şahbazlı: “Azərbaycan-Pakistan əlaqələri çətin tarixi sınaqlardan üzüağ çıxıb”

“Pakistanın Baş naziri Şahbaz Şərifin bu gün Bakıya səfəri Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir. Baş nazirin Azərbaycanda yüksək səviyyədə qarşılanması, Prezident İlham Əliyevlə keçirdiyi görüş və verilən mühüm mesajlar iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

 

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, iki dövlət arasında münasibətlər bir sıra çətin tarixi sınaqlardan üzüağ çıxıb. F.Şahbazlı bildirib ki, bu səfər iki ölkə arasında mövcud olan bu dərin əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək: “Azərbaycanla Pakistanı tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İki qardaş ölkə hər zaman bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyib. Pakistan 44 günlük Vətən müharibəsinin başlandığı ilk andan Azərbaycana öz mənəvi və siyasi dəstəyini ifadə edən ölkələrdən biri oldu. Azərbaycan dövləti və xalqı Pakistanın ölkəmizin haqq işinə verdiyi dəstəyi daim böyük ehtiramla xatırlayır.

 

Azərbaycan da hər zaman bütün prinspial məsələlərdə, xüsusi ilə Cəmmu və Kəşmir məsələsində Pakistana öz qardaş dəstəyini nümayiş etdirib. Bu mövqe problemin beynəlxalq hüququn normaları, BMT-nin müvafiq qətnamələri və beynəlxalq humanitar hüquqa əsaslanır.

 

Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Pakistanda mütəmadi olaraq, geniş miqyaslı humanitar və təhsil layihələri həyata keçirilir. Bu layihələr Pakistan xalqı tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır”.

 

Siyasi şərhçi qeyd edib ki, Pakistan baş nazirinin ölkəmizə səfəri iki dövlət arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından da son dərəcə əhəmiyyətlidir: “Cənab Prezident İlham Əliyev Pakistan heyəti ilə görüşdə bir daha xatırlatdı ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır. Bu investisiyalar neft və qaz kəşfiyyatı, bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyinin artırılması sahələrinə yönələcək ki, bu da hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək.
Bundan başqa iki ölkə liderinin iştirakı ilə keçirilən Azərbaycan-Pakistan biznes forumunda qarşılıqlı investisiya yatırımları müzakirə edilib. Bu, iki ölkə arasında ticarət və investisiya əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaq”.

 

F.Şahbazlı bildirib ki, Baş nazirin səfəri zamanı müdafiə, ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı müvafiq razılıqların əldə edilməsi strateji sahələrdə əlaqələrin gücləndirilməsinə və regional təhlükəsizliyin təmin edilməsinə xidmət edəcək”.


OXŞAR XƏBƏRLƏR

Prezident Ağdamda sakinlərlə görüşdü

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlər...

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...