Zelenski hakimiyyətdən gedir? - Səs toplanmadı...

Zelenski hakimiyyətdən gedir? - Səs toplanmadı...

Ukrayna Ali Radası bazar ertəsi Prezident Volodimir Zelenskinin yeni prezident seçilənə qədər hakimiyyətini davam etdirməsini təsdiq edən qətnaməni qəbul edə bilməyib.

 

Sfera.az xəbər verir ki, bunu ukraynalı deputat Yaroslav Jeleznyak “Telegram” hesabında bildirib.

 

Belə ki, Konstitusiyanın 108-ci maddəsinə istinad edərək hərbi vəziyyət şəraitində institusional davamlılığı vurğulamaq məqsədi daşıyan qətnamə tələb olunan 226 səsdən cəmi 218-ni toplaya bilib.

 

Qeyd edək ki, qətnamənin uğursuzluğu ABŞ ilə danışıqların kritik anına təsadüf edib. Keçən həftə Donald Tramp Zelenskini “diktator” kimi davranmaqda ittiham edib. Zelenski isə öz növbəsində bazar günü Kiyevin təhlükəsizlik zəmanəti alacağı təqdirdə istefaya getməyə hazır olduğunu bildirib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...