Bakı qarın sınağından çıxa bilirmi? - "Hazırlıq pisdir..."

Bakı qarın sınağından çıxa bilirmi? - "Hazırlıq pisdir..."

Son günlər ölkə ərazisinə yağan güclü qar bir sıra yollarda avtomobillərin hərəkətini iflic edib. Bakının mərkəzi hissələrində qar təmizləmə işləri aparılsa da, Yeni Yasamal, Xırdalan, Günəşli, Qaraçuxur və mərkəzdən bir qədər kənar olan ərazilərdə vəziyyət fərqli idi. Burada yaşayan vətəndaşlar saatlarla yollarda qaldı, avtomobillərin hərəkətini çətinləşdi və qəza hallarının sayı artdı.

 

Mövcud vəziyyət şəhər təsərrüfatının qışa hazır olmadığını göstərir. 

 

Yaranmış çətinliklərlə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, bu kimi halların hər il təkrarlanması artıq bir ənənəyə çevrilib. 

 

“Hər dəfə qış mövsümü sərt keçəndə oxşar problemlər, çətinliklər yaranır. Dövlət qurumları, xüsusən də Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsi açıqlamalarında qışa hazır olduqlarını bəyan edirdilər. Amma bir neçə gün davam edən qar yağışından sonra yaranmış vəziyyət hazırlığın yaxşı olmadığını üzə çıxartdı. Bu il yollara duz səpilməsi və yollardan qarın təmizlənməsi ilə bağlı tədbirlərin yetərli olmadığını gördük. Bu da təmizlik işlərinin tam effektiv aparılmadığını göstərir”, – deyə ekspert qeyd edib. 

 

A.Əsədov əlavə edib ki, şəhərin əsas yollarında avtomobillərin hərəkəti nəticəsində qar ərisə də, maili, küləkli və ya fırtınalı ərazilərdə vəziyyət daha kritik olub. Hündür və dağlıq ərazilərdə qarın yaratdığı problemlərin daha çox nəzərə çarpdığını bildirən ekspert, bu kimi yerlərdə yolların buz bağlamasının avtomobillərin və piyadaların hərəkətini ciddi şəkildə çətinləşdiyini də vurğulayıb:

 

“Şəhər sakinləri belə vəziyyətlərdə daha operativ tədbirlər görülməsini və bu problemlərin hər il təkrarlanmaması üçün uzunmüddətli həll yollarının tapılmasını istəyirlər”.

 

Fidan


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...