Dostunun evində spirtli içki qəbul edən şəxs HƏYATINI İTİRDİ

Hadisə
14:30 / 24.02.2025
7541
Bakıda daha bir şəxs spirtli içkidən vəfat edib.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən evdə 1964-cü il təvəllüdlü Asif Akşurinin meyiti tapılıb.
Onun spirtli içkidən zəhərlənərək öldüyü müəyyənləşib. Məlumata görə, A.Akşurin dostunun evində spirtli içki qəbul edib.
Xatırladaq ki, fevralın 22-də həmin məclisdə iştirak edən daha 4 nəfərin də meyiti tapılmışdı. Onların texniki spirt qəbul etdiyi ehtimal edilir.