"Moskva Vaşinqtonla təmasları davam etdirəcək" - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ABŞ ilə təmasları davam etdirmək niyyətindədir.
Sfera.az xəbər verir ki, Ankarada Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlardan sonra, Lavrov Ər-Riyadda Rusiya-ABŞ danışıqları barədə Türkiyə tərəfini məlumatlandırdığına aydınlıq gətirib. Nazirin sözlərinə görə, danışıqlar ziddiyyətlərə baxmayaraq, nəhayət, ABŞ-lə dialoq aparmaq imkanı baxımından müsbət olub.
"Biz amerikalı tərəfdaşlarımızla təmasları davam etdirəcəyik, bununla bağlı müvafiq razılaşma var", - Lavrov deyib.
Xatırladaq ki, Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub.
Danışıqlarda iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Rusiya ilə ABŞ görüşünə reaksiyasını qeyri-sağlam adlandırıb. O qeyd edib ki, Qərb dövlətləri danışıqlar faktını öz maraqlarına xəyanət kimi qəbul ediblər.
İnci