Almaniyada növbədənkənar seçkilər keçirildi - Hakimiyyət sağçılara qaldı

Almaniyada növbədənkənar seçkilər keçirildi - Hakimiyyət sağçılara qaldı

2025-ci ilin fevralın 23-də Almaniya parlamentinə növbədənkənar seçkilər keçirilib. 

 

Sfera.az xəbər verir ki, 52,9 milyon seçicinin səsvermə hüququna malik olduğu seçkilərdə seçici fəallığı 52 faiz olub. 

 

İlk nəticələrə görə Xristian Birlik Partiyaları CDU/CSU 630 yerlik parlamentdə 28,6 faizlə birinci olub. İfrat sağçı AfD (Almaniya üçün Alternativ) partiyası 20 faiz, əvvəlki hökumətin kansleri Olaf Şolzun partiyası olan SPD 16,5 faiz, Yaşıllar 12 faiz, Sol Partiya 9 faiz, BSW isə 5 faiz səs toplayıb. Azad Demokrat Partiyası (FDP) 5 faizlik baryeri keçərək parlamentə daxil ola bilib. 

Sosial Demokrat Partiyası tarixində ən pis nəticələrini əldə edib. İlk nəticələrə görə, CDU/CSU 630 yerlik parlamentdə 187, AfD 131, SPD 108, Yaşıllar 79, Sol Partiya 59, FDP 33 və BSW 33 yerə sahib olacaq. 

 

Seçkilərin nəticələri göstərir ki, hazırki Baş nazir Olaf Şoltsun yenidən bu posta seçilmə imkanı olmayacaq. Yeni hökumətin seçkilərdə birinci olan CDU/CSU lideri Fridrix Merz tərəfindən qurulacağı gözlənilir. Rəsmi nəticələrə görə, böyük koalisiya və ya CDU/CSU-nun başçılıq etdiyi üç partiyalı koalisiya mümkün ola bilər. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...