Aİ növbədənkənar sammit keçirəcək

Aİ növbədənkənar sammit keçirəcək

Avropa İttifaqı martın 6-da Brüsseldə dövlət və hökumət başçılarının iştirakı ilə fövqəladə sammit keçirəcək. 

 

Sfera.az xarici mediaya istinadən bildirir ki, sammitin gündəliyində iki məsələ olacaq: Ukrayna münaqişəsi və Avropanın müdafiə qabiliyyəti.


 “Mən martın 6-da Avropa Şurasının xüsusi iclasını çağırmaq qərarına gəldim. Biz Ukrayna və Avropanın təhlükəsizliyi üçün həlledici an yaşayırıq ”,-  Avropa Şurasının Prezidenti Antonio Koşta bildirib.

 

O əlavə edib ki, Avropa liderləri ilə məsləhətləşmələr zamanı yuxarıda qeyd olunan məsələlərin Aİ səviyyəsində necə həll oluna biləcəyi ilə bağlı ortaq mövqe yaranıb.

 

 "Mən martın 6-da qərar qəbul etməyə hazır olmaq üçün Avropa Komissiyasının sədri Ursula fon der Leyen və bütün üzv dövlətlərlə işləməyə davam edəcəyəm", - Koşta qeyd edib.

 

İnci 


OXŞAR XƏBƏRLƏR