"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar!

 

Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə 23 fevral 2025-ci ildə, konsert başlamamışdan əvvəl baş verib. Zal dolu olduğu bir anda bir qadın ərini başqa bir qadınla tamaşaya gəlmiş halda görübmüş. Və bundan sonra artıq əsas tamaşa səhnədə yox, zalda baş verib!

 

Qəzəblənmiş qadın dərhal ərinə yaxınlaşaraq qışqıra -qışqıra sorğu-suala çəkib, daha sonra isə səbrini saxlaya bilməyib və mübahisə əlbəyaxa davaya çevrilib. Tamaşaçılar gözlənilməz səhnəni izləyərkən müdaxilə etməyə çalışan insanlar vəziyyəti sakitləşdirməyə çalışıblar.

 

Maraqlısı budur ki, bu qeyri-adi “şou”nun şahidi olan bəzi tamaşaçılar bunun konsertin bir hissəsi olduğunu düşünüb! Lakin məsələ ciddiləşəndə və real dava halı alanda, qadınlar saçyoldusuna çıxanda zalda uğultu, sonra isə alqışlar səslənib.

 

Bir çox istifadəçi isə bu hadisəni “Bu Şəhərdə”nin ən real və təsirli səhnəsi” adlandırıb.

 

Hadisədən sonra nələrin baş verdiyi və ərlə arvadın münasibətinin necə davam edəcəyi bilinmir. Lakin bir şey dəqiqdir – o axşam konsertdə “gülməli səhnələr” təkcə aktyorların ifasında baş verməyib!

 

 


OXŞAR XƏBƏRLƏR

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...

Azərbaycan millisi Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.   Sfera.az xəbər verir ki, k...

Araqçı: İran ABŞ ilə dialoqu bərpa etməyə hazırdır

Tehran həmişə nüvə proqramı ilə bağlı danışıqlara hazır olub və hazır olacaq, təbii ki, bu dialoq bərpa olunarkən ABŞ və digər ölkələrin hərəkətləri müharibəyə ...

Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlıq planı imzalayıb

Bu gün Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, Ukrayna nümayə...

Çayda boğularaq ölən Səfiyənin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Zaqatalanın Yuxarı Tala kəndi ərazisində 2 yaşlı uşaq çayda boğulub.   Sfera.az-ın məlumatına görə, ...

Azərbaycanda iki il əvvəl itkin düşən yeniyetmənin qalıqları tapıldı

2023-cü il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun ...