Rusiyadan Dubaya uçan təyyarədə problem

Dünya
14:27 / 23.02.2025
11804
Rusiyanın Mineralnıye Vodı şəhərlərindən Dubaya uçan sərnişin təyyarəsi uçuş hava limanına qayıdıb.
Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin teleqram kanalında məlumat verilib.
"Uçuşların təhlükəsizliyini təmin etmək üçün A46087 Mineralnıye Vodı - Dubay reysinin komandiri 23 fevral 2025-ci il tarixində təyyarə sistemlərindən birinin işləmə göstəricisi ilə əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib", - məlumatda deyilir.
Bildirilib ki, sərnişinlər aviaşirkətin ehtiyat reysi ilə təyinat yerinə çatdırılacaq.