Prezident Məhəmməd İrfaan Əlini təbrik edib


Prezident Məhəmməd İrfaan Əlini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qayana Kooperativ Respublikasının Prezidenti Məhəmməd İrfaan Əlini təbrik edib.

 

Sfera.az AZƏRTAC-a istinadən təbrik məktubunu təqdim edir:

 

"Hörmətli cənab Prezident.

 

Qayana Kooperativ Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

 

Bu il ölkələrimiz əlamətdar tarix - diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Ötən dövr ərzində Azərbaycan ilə Qayana arasında formalaşmış dostluq münasibətləri əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratmışdır. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan səmərəli istifadə edərək birgə səylərimizlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrimizin və qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsinə nail ola bilərik.

 

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".


OXŞAR XƏBƏRLƏR

"Övladım olmasa da, həyat yoldaşımdan ayrılmaram"

"Evlənəndən artıq narkotikdən sağalmışdım. Adam kimisə bədbəxt etməz. Bəzilərinin axmaq düşüncə tərzi var: Evlən düzələcək. Necə yəni? Bu düzəlsin, so...

MEDİA: Nazirlərin adından yayılan xəbərlər “deep fake”dir

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın müdafiə naziri və xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına da...

Bu rayonda da ehsan verilməyəcək

Sabirabad şəhəri və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib. Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat y...

Moskvada 122 illik temperatur rekordu yenilənib

Rusiya paytaxtı Moskvada iyulun 12-nə olan temperatur rekordu qırılıb, hava 34,6°C-ə qədər qızıb və bununla 1903-cü ildəki əvvəlki maksimum geridə qoyulub. ...

Günvurma ölümlə nəticələnə bilər - XƏBƏRDARLIQ

Azərbaycan ərazisində uzun sürən nisbətən sərin və rütubətli hava şəraitindən sonra son günlər tempraturun qəfil yüksəlməsi narahatlıq doğurub. Artıq bəzi ...

Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 12-də başa çatıb.   Sfera.az&nbs...