Dəhşətli qəzalara görə təyyarəyə dualı su səpdi - FOTO


Dəhşətli qəzalara görə təyyarəyə dualı su səpdi - FOTO

Populyar “TikTok bloggeri” Desiree Salter, “JetBlue” reysinə minməzdən əvvəl təyyarə qəzaları ilə bağlı qeyri-adi paylaşım yazdıqdan sonra viral olub.
 

Sfera.az bildirir ki, Desiree Salter təyyarənin içərisini müqəddəs su ilə silərkən və uçuşdan əvvəl dua edərkən özünü lentə alıb. Onun bu hərəkətinə insanların reaksiyası qarışıq olub.
 

“TikTok”da “İsanın adı ilə dua edirik... Amin!” başlığı ilə yayımlanan video 5,7 milyondan çox baxış və çoxsaylı şərhlər toplayıb.
 

İstifadəçilərin reaksiyası qarışıq olub: bəziləri Desireyi dəstəkləyib, onun hərəkətlərini ehtiyatlılıq kimi qiymətləndirib, digərləri isə bunu yumorla qarşılayıb.
 

Qeyd edək ki, bloqqerin bu hərəkətinə “Delta” Hava Yollarına məxsus təyyarə ilə son insident səbəb olub. Xəbər verdiyimiz kimi, bu həftənin əvvəlində Kanada istehsalı olan “Bombardier CRJ-900” təyyarəsi buzlu uçuş-enmə zolağına enərkən çevrilib. Hadisə nəticəsində 15 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti ağırdır. Buna baxmayaraq, reysdə olan 80 sərnişinin hamısı sağ qalıb.
 

Mütəxəssislər hadisəni 2009-cu ildə ABŞ Hava Yollarına məxsus təyyarənin Hudson çayına möcüzəvi şəkildə sıçraması ilə müqayisə edirlər.



"Bu hal müsbət hesab oluna bilər, çünki təyyarənin gövdəsi toxunulmaz qalıb və CRJ-900 onun etibarlılığını təsdiqləyib" - deyə aviasiya eksperti qeyd edib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...