"Avroviziya"da növbəti mahnı qalmaqalı

"Avroviziya"da növbəti mahnı qalmaqalı

İtaliyanın istehlakçı hüquqları təşkilatı "Codacons" Estoniyanın təmsilçisi Tommi Keşin "Espresso Macchiato" adlı mahnısının"Avroviziya 2025"də qadağan edilməsini tələb edib.

 

Sfera.az xəbər verir ki, ingilis və italyan dillərinin qarışığından ibarət olan mətn, həzzlərlə dolu bir həyatı təsvir edir. Hekayə “həftədə yeddi gün işləyən” və qəhvəni çox sevən zəngin bir adamdan bəhs edir. Mahnıda deyilir ki, o, "mafioz kimi tərləyir" və "həyat spagetti kimidir: onu bişirənə qədər sərtdir".

 

"Codacons" nümayəndələri hesab edirlər ki, estoniyalı ifaçının bəstəsi çoxlarını narahat edir. Bununla əlaqədar olaraq təşkilat müsabiqə təşkilatçılarından sözügedən mahnını müsabiqədə qadağan etməyi xahiş edib. 

 

Xatırladaq ki,  "Avroviziya 2025" yarışmasında ölkəmizi "Mamagama" qrupu təmsil edəcək. İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək. 

 

Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.

 

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Dəmir qutu və butulkalar satmaqla ev almaq üçün pul topladı

Avstraliyalı Damian Qordon şüşə butulkalar və alüminium qutular sataraq 46 min dollar qazanıb və bu pulu evin ilkin ödənişinə sərf edib.   Sfera.az bil...

Muzeydə sərgilənəcək: İngiltərəyə qan udduran serial qatilin alt paltarı 5 min dollara satıldı

Bir zamanlar İngiltərəyə qan udduran serial qatil Rouz Uestin alt paltarı muzeyə satılıb. İngiltərədəki cinayət muzeyi serial qatil Rouz Uestə məxsus alt p...

Çində bar pis əhval-ruhiyyədən qurtulmaq üçün müştərilərə başmaqlı kokteyllər təklif edir

Çinin Quançjou şəhərindəki bir müəssisə içki sifariş edərkən müştərilərə ənənəvi “pis adamın döyülməsi” ritualını təklif edib. O, dərhal viral inter...

Məşhur futbolçunun ailəsi evdən qaçırıldı: Özü çarpayının altında gizləndi

Ekvadorda futbolçu Cekson Rodrigesin ailəsi oğurlanıb. Sfera.az xəbər verir ki, “Emelec” futbol klubunun müdafiəçisi 26 yaşlı Cekson Rodrigesin h...

Ölümündən sonra Papanın otağı möhürləndi, üzüyü məhv edildi: Səbəb nədir?

Xəbər verdiyimiz kimi, katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib. Papanın ölümündən sonra bir sıra adət-ənənələr müşahidə olunur. Papanın i...

Kiyevə kütləvi hücum: Matəm elan olundu

Kiyevdə Rusiya tərəfindən həyata keçirilən kütləvi hücum nəticəsində həlak olanların xatirəsi anılacaq. Aprelin 25-i matəm günü elan edilib.   Sfera....