Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı diqqət edilməli MƏQAMLAR

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı diqqət edilməli MƏQAMLAR

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi şagirdlərin elektron yerdəyişməsi prosesi ilə bağlı diqqət edilməli məqamları açıqlayıb.

 

Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Qeyd olunub ki, 2024/2025-ci tədris ilinin II yarımili üzrə 25 fevral saat 15:00-dan etibarən başlayır. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək. Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

 

Bildirilib ki, 25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

 

İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşları sy.edu.az saytında “Digital Login” vasitəsilə qeydiyyatdan keçirək şəxsi kabinet yaradırlar.

 

Sy.edu.az sistemində sorğuların yerləşdirilməsi prosesində hər hansı üstünlük hüququ tətbiq edilmir. Valideynlər övladları üçün seçdikləri ümumi təhsil müəssisəsində tədris sinfinə uyğun boş yerlərə sorğu verə bilərlər. Həmin müəssisədə boş yer olmadıqda valideynlər övladlarını növbəyə yaza bilərlər. Növbədə gözləyən şagirdlərdən bacı-qardaşı həmin müəssisədə təhsil alırsa, yaxud valideynlərindən biri həmin müəssisədə işləyirsə, qeyd edilən şagirdlərin növbəsi boş yer yarandıqda ilk öncə sorğuya keçir.

 

Valideynlərin şagird yerdəyişməsi ilə bağlı hər hansı sualları yarandıqda sy.edu.az elektron sisteminin əlaqə bölməsinə, ASAN xidmət mərkəzlərindəki “Təhsil” pəncərəsinə, MÜTDA-nın 146-2 çağrı mərkəzinə , Regional Təhsil İdarələrinə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Uşaqlar Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım ed...

Bu gün qəbul imtahanı KEÇİRİLİR

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin bu gün III qrup üzrə DT və TC alt...

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...