Nağı İmanovun vəziyyəti açıqlandı

Cəmiyyət
12:02 / 22.02.2025
16112
Dünən Xocalıda minaya düşən şəxsin vəziyyəti açıqlanıb.
Sfera.az xəbər verir ki, TƏBIB-dən bildirilib ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu fevralın 21-də saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.