Qatarda selfi etmək həyatı bahasına başa gəldi


Qatarda selfi etmək həyatı bahasına başa gəldi

53 yaşlı rusiyalı turist Olqa Perminova Şri-Lankada hərəkətdə olan qatarda foto çəkdirmək cəhdinin uğursuzluğu nəticəsində dünyasını dəyişib.
 

Sfera.az bildirir ki, qadın tam sürətlə hərəkət edən qatarın qapısından çölə söykənərək şəkil çəkdirmək qərarına gəlib, lakin qarşıdakı böyük bir daşın fərqinə varmayıb.
 

Belə ki, Moskva vilayətində mühafizə şirkətində işləyən və əslən Saratovdan olan qadın hərəkətdə olan qatarın açıq qapısından boylanıb və tutacaqlardan tutaraq arxaya əyilib başını aşağı salaraq şəkil çəkdirib. Var -gücü ilə başı dəyən daşın fərqinə varmayıb, ağır xəsarətlər alıb və qatardan yıxılıb.
 

Rus qadın dərhal xəstəxanaya yerləşdirilsə də, aldığı yaralar ağır olduğundan onun həyatını xilsas etmək mümkün olmayıb.
 

Qeyd edək ki, Olqa Perminovanın səyahət etdiyi Podi Menike qatarı yamyaşıl çay plantasiyalarından, sıx meşələrdən, dağlıq ərazilərdən və valehedici mənzərələri ilə tanınan ərazidən keçir.


Yerli polisin bildirdiyinə görə, turist selfie çəkməyə çalışarkən qatardan yıxılaraq Badulla və Hali Ela dəmiryol stansiyaları arasında qatarın altına yıxılaraq ölüb.
 

Rusiya diplomatları hazırda onun cəsədinin vətənə qaytarılmasını təşkil edirlər.
 

Qeyd edək ki, təhlükəli yerlərdə selfi çəkdirməyə çalışmaq yüzlərlə turistin həyatı bahasına başa gəlib. Məsələn, 35 yaşlı Tobias Fişer ötən il oktyabrın 19-da Kolumbiyanın şimalındakı Taqanqa dağlarında, qaldığı Santa Mariya liman şəhəri yaxınlığında təkbaşına gəzinti zamanı dünyasını dəyişib. Kişi Dəmbirə meşəsindəki baxış platformasında arxa planda dənizlə şəkil çəkdirmək istəsə də, müvazinətini itirərək dərəyə yıxılıb.


Keçən il aparılan bir araşdırma, selfilərin "ictimai sağlamlıq problemi" hesab edilməli olduğunu göstərib. Avstraliyalı elm adamları 2008-ci ildən bəri bütün dünyada selfi ilə bağlı xəsarətlər və ya ölümlər barədə elmi məqalələri və media hesabatlarını təhlil ediblər. Tədqiqatın əhatə etdiyi 13 il ərzində 400-ə yaxın hadisənin olduğu aşkar edilib.

Qurbanlar ən çox 20 yaşlarında olan qadın turistlər olub, fotoşəkil çəkdirərkən yıxılma və boğulma ölümlərin iki əsas səbəbi olub.

Tədqiqatçılar bildirirlər ki, ictimaiyyət selfi ilə bağlı risklər barədə məlumatlandırılmalıdır. Dünyada hər gün təxminən 92 milyon fotoşəkil çəkildiyi təxmin edilir. Mütəxəssislər sosial media proqram tərtibatçılarını insanları selfi çəkməyə hazırlaşan zaman təhlükələrdən xəbərdar edən proqram təminatı quraşdırmağa çağırıblar.


Aynil


OXŞAR XƏBƏRLƏR

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...

İlham Əliyev Suriya Prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə iyulun 12-də geniş tərkibdə görüşü olub.   ...

"Qəbələ"yə transfer olunacaq

2025/2026 mövsümünə hazırlıqları davam etdirən "Qəbələ" yeni transferini açıqlayıb.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbr veri...