Xəzərdə gəmilər sığınacaqlara çəkildi

Cəmiyyət
20:00 / 21.02.2025
30717
Xəzər dənizi akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yan alıblar.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Sfera.az-a bildirilib ki, Dəniz Nəqliyyatı və Xəzər Dəniz Neft Donanmasına məxsus ASCO gəmiləri təhlükəsizlik məqsədilə lövbərlər dayanacaqlarına və təhlükəsiz sığınacaqlara çəkiliblər.