Tələbələrin riyaziyyat üzrə yaz düşərgəsinə qeydiyyat başladı


Tələbələrin riyaziyyat üzrə yaz düşərgəsinə qeydiyyat başladı

“Bir Könüllü” Tələbə Təşkilatının və “Pathtomath” Tələbə Riyaziyyatçılar Klubunun birgə təşəbbüsü ilə 24-29 mart 2025-ci il tarixlərində Quba rayonunda tələbələrin yaz düşərgəsi - “MathCamp 2025” təşkil ediləcək.

 

Sfera.az xəbər verir ki, düşərgənin əsas məqsədi tələbələr arasında ali riyaziyyata marağı artırmaq, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahələrində tətbiqi barədə məlumatlandırmaq və yaz tətili dövründə tələbələrin riyazi biliklərini gücləndirməkdir.

 

Düşərgədə riyaziyyat, fizika və texniki ixtisaslarda bakalavriat səviyyəsi üzrə III və IV kursda, eləcə də magistratura, doktorantura səviyyəsində təhsil alan tələbələr, məzunlar və gənc mütəxəssislər iştirak üçün müraciət edə bilərlər. 

 

Düşərgə çərçivəsində iştirakçılar üçün ali riyaziyyatın əsasları, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqləri, ədədlər nəzəriyyəsi və kriptoqrafiya mövzularında mütəxəssislər tərəfindən xüsusi hazırlanmış təlimlər keçiriləcək.

 

İştirakçıların həm öyrənməsi, həm də əylənməsi məqsədilə düşərgədə müxtəlif idman və bilik yarışları təşkil olunacaq. Təlimlərin sonunda bütün iştirakçılar sertifikatla təltif olunacaqlar. Seçilmiş namizədlər “Riyazi analiz” və “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında iştirak edəcəklər. Test imtahanı mart ayında təşkil ediləcək.

 

Düşərgədə iştirak etmək istəyən tələbələr 8 mart 2025-ci il tarixinədək qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər. 

 


OXŞAR XƏBƏRLƏR

Bu gün qəbul imtahanı KEÇİRİLİR

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin bu gün III qrup üzrə DT və TC alt...

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...