Azərbaycanda dollarlaşma azalıb - Gürcüstan liderdir

Azərbaycanda dollarlaşma azalıb - Gürcüstan liderdir

Cənubi Qafqaz ölkələrində əhalinin əmanətləri arasında ən az dollarlaşma Azərbaycanda, ən çox dollarlaşma isə Gürcüstandadır. 

 

Sfera.az Media Təhlil Mərkəzinin araşdırmasına istinadən xəbər verir ki, Azərbaycanda əhalinin banklarda olan pulunun 34 faizə yaxını xarici valyutada (xarici valyuta kimi əsasən dollardan istifadə edilir - red.), 64 faizi manatla saxlanılıb. Ermənistanda dollarla olan əmanətlərin payı 44 faiz, milli valyuta olan dramda qoyulan əmanətlərin payı 56 faizdir. 

 

Gürcüstanda isə dollarlaşma səviyyəsi olduqca yüksəkdir. Gürcüstanda banklara əmanət yerləşdirənlər pullarının 66 faizini xarici valyutada, 34 faizini milli pul vahidi olan laridə qoyublar. Xatırladaq ki, Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi ən yüksək həddə 2016-cı ildə çatıb. Həmin ildə əmanətlərin 80 faizi xarici valyutada saxlanılırdı. 

 

Dollarlaşma səviyyəsinin yüksək olması milli valyutaların məzənnəsinin sabit olmaması ilə bağlı olur. Azərbaycanda milli valyutanın məzənnəsi daha sabit olduğundan manatla yığımlar da artıb. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

HƏMAS İsrailə hücum etdi - Gərginlik yenidən artır

İsrailin Qəzzadə atəşkəsi pozmasından sonra HƏMAS son dövrlərin ən böyük hücumunu həyata keçirib. İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza mərkəzindəki Deir al-Bala...

“Sualınız çox ağılsızcadır” - Tramp jurnalisti danladı

ABŞ Prezidenti Donald Tramp, Floridadan Vaşinqtona səfər zamanı "Air Force One" təyyarəsində jurnalistlərə açıqlamalar verib. Tramp tətbiq etdiyi gömr...

Rusiya və Türkiyə arasında gərginlik yaranıb? - AÇIQLAMA

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili arasında görüş baş tutub. Daşkənd Konqres Mərkəzində ke...

Mövqelərimiz intensiv atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub.   Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat y...

“Bazarstore”dan möhtəşəm “5 Gün kampaniyası” sizi gözləyir

“Bazarstore” “Möhtəşəm 5 Gün” kampaniyası ilə müştərilərini sevindirməyə davam edir. 9-13 aprel tarixləri arasında keçiriləcək kampaniya...

2025-2030-cü illərdə nələr baş verəcək? - Uzaqgörənlərin proqnozları

Gələcəyə dair proqnozlar insanları həmişə maraqlandırıb. Müxtəlif kahinlər və uzaqgörənlər, bəzən çox qəribə və mürəkkəb şəkildə gələcəkdə baş verə biləcək hadi...