Bakıda marşrut avtobusu piyadanı vurub öldürdü

Hadisə
09:49 / 21.02.2025
8495
Bakıda avtobus piyadanı vuraraq öldürüb.
Sfera.az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.
Belə ki, 1961-ci il təvəllüdlü İlqar Əliyevin idarə etdiyi “Daevoo” markalı avtobusla yolu keçmək istəyən piyada 1973-cü il təvəllüdlü Zahid Xibabayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.