Bakıda həkim həbs edildi - SƏBƏB

Bakıda həkim həbs edildi - SƏBƏB

Bakıda həkim inzibati qaydada həbs edilib.

 

Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.


Qaradağ rayonu 20 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim-terapevt işləyən 1998-ci il təvəllüdlü E.Babayev xuliqanlıq əməli ilə bağlı polis tərəfindən saxlanılıb.

 

Onun hərəkətləri şübhə doğurduğundan müayinəyə göndərilib.
 

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində ambulator məcburi narkoloji tibbi yoxlamadan keçirilən həkimdən götürülən nümunədə THC (+) aşkar olunub. Həmçinin rəydə həkimdə narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qeyd edilib.

 

E.Babayev barəsində inzibati protokol tərtib edilib. O, Binəqədi Rayon Məhkəməsinə göndərilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitə olan marixuanadan 31 dekabr 2024-cü il tarixdə istifadə etdiyini deyib.
 

Biinəqədi Rayon Məhkəməsinin qərarı ilə həkim-terapevtə 1 ay inzibati həbs cəzası verilib.

 


OXŞAR XƏBƏRLƏR

Qanada iki nazir helikopter qəzasında öldü

Qana Respublikasında içərisində yüksək vəzifəli şəxslər olan hərbi helikopter qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə Qana hökumətinin m...

Çimərliklərdə uşaqlar arasında infeksiya yayılıb? - RƏSMİ AÇIQLAMA

Sosial media resurslarında Abşeron Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində çimərliklərdən gətirilən azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşah...

Narkotikin təsiri altında olan sürücü saxlanıldı

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-patrul xidməti əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı “Volkswagen”...

Ərdoğanın Ukraynaya səfərinə dair yayılan məlumat təkzib olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda Ukraynaya gedəcəyinə dair yayılan iddialar təkzib olunub.   Sfera.az xəbər verir ki, bu barəd...

Qatarların hərəkətində gecikmələr ola bilər - SƏBƏB

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-dən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qata...

Mirzoyan da ABŞ-yə səfər edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-yə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat...