Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən gənclərin sayı ARTIR - SƏBƏB NƏDİR?

Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən gənclərin sayı ARTIR - SƏBƏB NƏDİR?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 2,2 milyarddan çox insan yaxın və uzağı görmə problemi yaşayır. Son zamanlar Azərbaycanda da göz xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. 


Bəs göz xəstəliklərinin artmasına səbəb nədir? 


Mövzu ilə bağlı Sfera.az-a danışan oftalmoloq həkim Fidan Ağayeva bildirib ki,  göz xəstəlikləri ilə bağlı statistika bu sahədə ciddi artımın olduğunu göstərir:


"Ən çox rast gəlinən göz problemləri miyopiya (uzağı görməmək), hipermetropiya (yaxını görməmək), astiqmatizm və katarakta kimi xəstəliklərdir.Azərbaycanın böyük şəhərlərində, xüsusilə Bakı və Gəncədə gənclər arasında miyopiyanın yayılması artıb. Statistikaya görə, gənclər arasında bu xəstəlik 40%-ə qədər yayılıb.Astiqmatizm xəstəliyi də geniş yayılıb. Bu xəstəlik gözlərin qeyri-dəqiq fokuslanması, baş ağrısı və vizual narahatlıqlar yaradır. Statistikaya görə, bu xəstəlik 15-20% əhalidə müşahidə olunur.50 yaşdan yuxarı insanlarda katarakta (gözün şəffaflığını itirməsi) probleminin yayılma nisbəti 25%-ə qədər yüksəlir. Son illərdə bu xəstəliklə bağlı xəstəxanalara müraciət edənlərin də sayı artıb. 60 yaşdan yuxarı əhali arasında isə sarı ləkə xəstəliyi (makula degenerasiyası) daha geniş yayılıb.


Həkim qeyd edib ki, kompüter və mobil cihazlardan fasiləsiz istifadə gözlərin qurumasına və yorulmasına gətirib çıxarır:


"Yuxusuzluq və stress də görmə zəifliyinə səbəb olan amillərdən hesab olunur. Siqaret çəkmək və alkoqol qəbul etmək qan dövranının fəaliyyətini pozur. 
Bu da gec-tez görmə pozğunluğunun yaranmasına səbəb olur. Azərbaycanda göz müayinəsi aparan şəxslərin sayı da artıb, amma hələ də mütəmadi müayinələr aşağı səviyyədədir. Statistikaya görə, əhalinin yalnız 20-25% hər il müntəzəm göz müayinələrindən keçir, bu da bir çox xəstəliklərin erkən mərhələdə aşkarlanmasını çətinləşdirir".


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...