Mbappedən yeni uğur: Oyunda het-trik etdi

Mbappedən yeni uğur: Oyunda het-trik etdi

İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında (ÇL) yeni uğurlara imza atıb.

 

Sfera.az xəbər verir ki, 26 yaşlı hücumçu buna evdə İngiltərə təmsilçisi "Mançester Siti"yə qalib gəldikləri (3:1) pley-off mərhələsinin cavab oyununda het-trik etməklə nail olub.

 

Fransalı forvard ÇL-də "Santyaqo Bernabeu" və "Kamp Nou" stationunda bir matçda üç qol vuran ilk oyunçu kimi tarixə düşüb. O, 2021-ci ildə PSJ-də çıxış edərkən "Barselona" ilə səfər qarşılaşmasında da bunu bacarıb.

 

Bundan əlavə, Mbappe Çempionlar Liqasının pley-offunda het-trik edən "Real"ın dördüncü futbolçusudur. Daha əvvəl braziliyalı Ronaldo, portuqaliyalı Kriştianu Ronaldu və fransalı Kərim Benzema bir görüşdə üç dəfə rəqib qapılarına yol tapıb.

 

Fransa millisinin üzvü qitənin bir nömrəli klub turnirində Xosep Qvardiolanın baş məşqçisi olduğu komandaya ən çox qol vuran iki oyunçudan biridir. Lionel Messi də onun kimi 7 dəfə fərqlənib.

 

Qeyd edək ki, İngiltərədə rəqibini 2:1 hesabı ilə üstələyən "Real" 1/8 finala vəsiqə qazanıb


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...

"Sabit tarif aylıq 1 manatı aşmayacaq" - Nazir müavini

"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılma...