Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur təşkil edildi - FOTO

Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur təşkil edildi - FOTO

19 fevral 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi və “Birgə və Sağlam” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur təşkil edilib.

 

Sfera.az xəbər verir  ki, tədbirin əsas məqsədi media nümayəndələrini inklüziv məşğulluq modeli ilə tanış etmək və autizmli gənclərin cəmiyyətə inteqrasiyasına dəstək verən təşəbbüs barədə ictimaiyyəti məlumatlandırmaq olub.

 

Tədbir çərçivəsində media nümayəndələri kafenin fəaliyyəti ilə yaxından tanış olaraq, peşə bacarıqlarını inkişaf etdirən autizmli gənclərin gündəlik iş mühiti barədə məlumat əldə ediblər.

 

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında inklüziv məşğulluğun cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, medianın bu mövzuya diqqət yetirməsinin autizmli gənclərin sosial inteqrasiyasına mühüm töhfə verəcəyini bildirib.

 

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova isə öz növbəsində “Kaşalata” kafenin autizmli gənclərin əmək bazarına qoşulması üçün mühüm platforma olduğunu qeyd edərək, bu təşəbbüsün davamlı və geniş miqyasda həyata keçirilməsinin vacibliyini vurğulayıb.

 

Tədbirin sonunda autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupunun konsert proqramı təqdim edilib və xatirə fotoları çəkilib.

 



OXŞAR XƏBƏRLƏR

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...

İt səhrada itmiş uşağı evə gətirdi - FOTO

ABŞ-ın Arizona ştatında itkin düşən körpəni bir gecə ümidsiz axtarışlardan sonra it xilas edib. İki yaşlı uşaq evinin yolunu tapmaq üçün təxminən 11 kilometr pi...

ABŞ-Çin Ticarət Müharibəsi: Konqresmendən gülməli açıqlama

ABŞ siyasətçisi, konqresmen və respublikaçı Cek Kimbl biabırçı vəziyyətə düşüb. ABŞ və Çin arasında ticarət müharibəsinin getdiyi bir vaxtda o, maraqlı açıqlama...

Niyə çox ölkələrin bayraqlarında bənövşəyi rəng yoxdur?

Bayraqlara baxdığımız zaman parlaq sarıları, qırmızıları, ulduzları və hətta əjdahaları görə bilərik, lakin bənövşəyi rəngi tapmaq demək olar ki, mümkün deyil. ...

Həbsdən çıxan şəxs müğənnini qətlə yetirdi - TƏFƏRRÜAT

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində ögey bacısı Fidanı (adlar şərti verilib - red.) öldürüb.   Sfera.az xəbər verir...

Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında- FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klini...