Birinci sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT


Birinci sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT

2025-2026-cı tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.

 

"Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda "Azərişıq" ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda "Azərişıq" ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-nə kimi 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq və ya [email protected] elektron poçtuna göndərərək təklif və rəylərini verə bilərlər.

 

Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.

 

Qeyd edək ki, 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər",- deyə müraciətdə qeyd edilib.


OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da hər kəsi sevindirəcək FUNKSİYA: Yeni düymə əlavə edildi

“WhatsApp” musiqili yeniliyi istifadəyə verib. Sfera.az xəbər verir ki, bundan əvvəl “WhatsApp”ın beta versiyasında müşahidə e...

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan ...

Qızıl və gümüş BAHALAŞDI

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.33% artaraq 3,317.02 ABŞ dollarına bərabər olub. Sfera.az xə...

Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instaqram" hesabında 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. ...

Prezident və xanımı Fəxri xiyabanda...

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür. &n...

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...