"Neftçi"-"Qarabağ" oyununda dava: AFFA-dan qərar…


"Neftçi"-"Qarabağ" oyununda dava: AFFA-dan qərar…

AFFA Misli Premyer Liqasının XXIII turunda baş tutan "Neftçi"-"Qarabağ" matçında yaşananlarla bağlı qərarlarını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

 

“16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi”-“Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilsin (maddə 52.1);

 

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi”-“Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

 

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi”-“Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilsin (maddə 37);

 

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi”-“Qarabağ” oyununun 22-ci dəqiqəsində “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);

 

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi”-“Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 1000 manat cərimə edilsin (maddə 43.7)”, - qərarda bildirilib


OXŞAR XƏBƏRLƏR

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...