Rusiyada nazir həbs edildi - SƏBƏB

Rusiyada nazir həbs edildi - SƏBƏB

Rusiyanın Çelyabinsk vilayətinin Regional Yol Təsərrüfatı və Nəqliyyat naziri Aleksey Neçayev həbs edilib.

 

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, naziri Federal Təhlükəsizlik Xidməti (FTX) saxlayıb. FTX həbsin səbəbini açıqlamayıb.

 

“Kommersant”ın yazdığına görə isə Neçayev Cinayət Məcəlləsinin 16-cı maddəsi ilə şübhəli bilinir. Bu maddə mütəşəkkil bir qrup tərəfindən xüsusilə böyük miqyasda mənimsəmə faktı olduqda tətbiq edilir. Sosial şəbəkələrdə Aleksey Neçayevin əli qandallı, iki FTX əməkdaşının qollarından tutaraq apardığı görüntülər də yayılıb.

 

Aleksey Neçayev bu vəzifəyə 2019-cu ilin noyabrında təyin edilib. Bundan əvvəl, 2010-2012-ci illərdə Çelyabinskavtodor Dövlət Unitar Müəssisəsində dizayn şöbəsinin rəis müavini işləyib, daha sonra üç il istehsalat-texniki nəzarət şöbəsinə rəhbərlik edib.

 

2015-2019-cu illərdə Çelyabinsk vilayətinin nəqliyyat nazirliyinin yol idarəsi şöbəsinin müdiri olub. 

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR