"Tramp Ukraynaya dəstəyi tamamilə azaldıb bu iki ölkəyə yönəldəcək" - AÇIQLAMA

"Tramp Ukraynaya dəstəyi tamamilə azaldıb bu iki ölkəyə yönəldəcək" - AÇIQLAMA

Zelenski ABŞ-nin Ukraynaya lazımi dəstəyi vermədiyini və buna görə də güclü olmağa məcbur olduqlarını bildirib.


Maraqlıdır, Ukraynaya yardımlarını azaldan Trampın yeni hədəfləri nə ola bilər?


Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Trampın əsl hədəfi Çin və İranı zəiflətməkdir, digər bütün məsələlər də bu məqsədə yönəlib.


Onun sözlərinə görə, bu gün Vaşinqton-Moskva xəttində sanki siyasi ticarət müşahidə olunur:


“Vaşinqton Moskvaya onun maraqlarına uyğun addım atacağı təqdirdə güzəştə getməyə hazırdır. ABŞ-nin istədiyi Rusiyanın Çin və İranla əlaqələrinin zəiflədilməsidir. ABŞ-nin Ukraynaya dəstəyini azaldacağı gözlənilən idi, hətta bundan sonra tamamilə dayandırması da mümkündür. Bunun da bir neçə səbəbi var. Tramp həmişə Rusiyaya münasibətdə özünün sələfi, demokrat Cozef Baydenə nisbətən daha loyal olub. Bunu biz onun ilk prezidentliyi dövründə də müşahidə etmişik”. 


Siyasi şərhçi qeyd etdi ki, Tramp Rusiyanı tam zəiflətmək və ya parçalayıb dağıtmaq niyyətində deyil:


“Əgər belə bir şey baş versə, miqrant axını olacaq. Bunu nə ABŞ, nə də Avropa istəyir. Həmçinin nüvə silahının tətbiqi məsələsi yenidən gündəmə gələ bilər ki, Tramp bunu da istəmir. Rusiya-Ukrayna müharibəsi layihəsi artıq öz işini görüb, Rusiya zəifləyib. ABŞ və ya Qərb artıq Şərqi Avropaya müdaxiləyə nail olublar. ABŞ-nin bu gün iddialarının səbəbi Ukraynanın da zəifləməsi ilə bağlıdır. Bu səbəbdən hazırda Ukraynaya dəstəyin azaldılması və danışıqlar masasına otuzdurulması məsələsi gündəmdədir”. 


K.Novruzov vurğulayıb ki, Ukraynadan dəstəyini azaldan ABŞ resurslarını Tayvan və İsrailə yardım üçün istifadə edəcək:


“Bu hadisələr fonunda ABŞ-nin Çinə qarşı istifadə olunması üçün Tayvanı silahlandırmaqla gücləndirəcəyi də gözlənilir. Bundan başqa, ABŞ həmişə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, İsraili dəstəkləyəcək. Trampın xüsusilə İsraili dəstəkləməsinin iki səbəbi var. Həm Trampın kürəkəni yəhudidir, həm də o, biznesmen olduğu üçün yəhudilərin dəstəyini qazanmağa çalışır. Bu da o deməkdir ki Tramp İrana qarşı Baydenə nisbətən daha radikal olacaq”.

 

Firuzə Əliyeva 
 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...