Tramp: "Kiyev ABŞ pullarının hara getdiyini izah etməlidir və ya geri qaytarmalıdır"

Tramp: "Kiyev ABŞ pullarının hara getdiyini izah etməlidir və ya geri qaytarmalıdır"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kiyev ABŞ pullarının hara getdiyini izah etməlidir və ya geri qaytarmalıdır.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi zamanı Vaşinqton Kiyevə 350 milyard dollara yaxın vəsait ayırıb .

 

"Ukrayna pulumuzun hara getdiyini izah etməlidir, ya da onu qaytarmalıdır Zelenski dedi ki, ona verdiyimiz pulun yarısının harada olduğunu bilmir", - Amerika lideri bildirib.

 

Xatırladaq ki, fevralın əvvəlində Zelenski "Associated Press"ə deyib ki, o, ABŞ-nin Ukraynaya ayırdığı 200 milyard dollarlıq hərbi yardımın hara getdiyini bilmir. Onun sözlərinə görə, Kiyev Vaşinqtondan cəmi 75 milyard dollardan bir qədər çox pul alıb.

 

İnci

 


OXŞAR XƏBƏRLƏR