Zelenski niyə təkidlə Türkiyənin dəstəyini almaq istəyir? - MÜHÜM SƏBƏBLƏR

Zelenski niyə təkidlə Türkiyənin dəstəyini almaq istəyir? - MÜHÜM SƏBƏBLƏR

Fevralın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə rəsmi görüş keçirib. Görüşün əsas mövzusu iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi və Ukraynanın ərazi bütövlüyü məsələsi olub. Zelenski, görüşdə dəfələrlə Türkiyənin Ukraynaya verdiyi dəstəyin vacibliyini vurğulayıb və  bu dəstəyin həm regionda, həm də beynəlxalq aləmdə sabitlik və təhlükəsizliyin qorunmasında mühüm rol oynadığını qeyd edib.


Bəs Zelenski niyə israrla Türkiyənin dəstəyini almaq istəyir?  


Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Zelenskinin Türkiyə səfəri ABŞ və Rusiya arasında gedən danışıqlara olan narahatlıqdan irəli gəlir:


"ABŞ və Rusiya arasında aparılan danışıqların Ukraynasız baş tutması Zelenskinin narahatlığını artıran əsas faktor olub. O hesab edir ki, Ukrayna bu sövdələşmələrdən kənarda qaldıqca ölkə üzərindəki təzyiqlər daha da artacaq.Zelenski Ərdoğanın Donald Trampla olan münasibətini göz önündə tutaraq, Türkiyə ilə əlaqələri gücləndirmək istəyir". 


Məhəmməd Əsədullazadə qeyd etdi ki, Zelenski Türkiyənin regiondakı gücünü, həm də Qərb ilə münasibətlərini nəzərə alaraq Ukraynanın milli maraqlarını müdafiə etməsini hədəfləyir:


"Ukrayna Prezidenti ABŞ-nin mövqeyini dəyişdirmək üçün Türkiyəni müttəfiq olaraq cəlb etmək və İstanbul razılaşmalarını yenidən gündəmə gətirmək istəyir. Türkiyə son illərdə müasir silah sistemləri və müdafiə texnologiyaları sahəsində mühüm nailiyyətlər əldə edib. Ən əsası, Ukrayna ilə Türkiyə arasında silah ticarəti və texnoloji əməkdaşlıq genişlənib. Zelenski Türkiyənin bu sahədəki təcrübəsindən və potensialından faydalanmaq arzusundadır. O, Türkiyə vasitəsilə ölkənin təhlükəsizlik maraqlarını gücləndirmək və beynəlxalq müstəvidə daha geniş dəstək qazanmaq niyyətindədir.Zelenskinin Türkiyə səfəri yalnız Ukraynanın təhlükəsizliyini qorumağa yönəlmiş bir addım deyil, həm də ölkənin diplomatik mövqeyini gücləndirmək üçün atılan mühüm bir addımdır. Zelenski Türkiyənin dəstəyini alaraq, həm öz ölkəsinin maraqlarını müdafiə etmək, həm də beynəlxalq aləmdə Ukraynanın ərazi bütövlüyü məsələsində daha böyük təsir yaratmaq niyyətindədir. Görüşdən sonra hər iki tərəfdən verilən bəyanatlar, gələcəkdə Türkiyə ilə Ukrayna arasındakı əlaqələrin daha da möhkəmlənəcəyini göstərir. Zelenski Türkiyənin Ukraynanın ərazi bütövlüyünə olan dəstəyini yüksək qiymətləndirib və iki ölkə arasında daha yaxın əməkdaşlığın vacibliyini bildirib. Ərdoğan isə Türkiyənin Ukraynanın ərazi bütövlüyü məsələsində hər zaman yanlarında olacağını və əlaqələrin daha da inkişaf etdiriləcəyini vurğulayıb".


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər

Yekaterinburq hadisəsindən sonra Rusiya və Azərbaycan arasında gərginlik özünü bir sıra aspektlərdə göstərməyə başlayıb. Son günlər qarşı tə...

Zaxarova: "Azərbaycan və Rusiyanın müttəfiqliyini bəyənməyən qüvvələr var"

“Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır”.   Sfera.az TASS agentliyinə istinadən xəbər verir ...

Bakıda evlər ucuzlaşacaq?

Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı son hesabatda paytaxtın torpaq bazarında baş...

Dövlət büdcəsinin gəlirləri 20 milyarda yaxınlaşdı

2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayis...

Şirkət əməkdaşını “tok” vurub öldürdü

Mingəçevirdə sökülən zavodda fəhləni cərəyan vurub öldürüb.   Sfera.az xəbər verir ki, hadisə iyulun 1-i saat 18 radələrində Mingəçevir şəhəri Samux ...

Boğulma hallarının qarşısı necə alınmalıdır?

İsti yay günlərində vətəndaşların çimərliklərə axını artmaqda davam edir. Lakin dənizdə ehtiyatsız davranışlar bir çox hallarda faciə ilə nəticələnir. İyun ayı ...