Bakıda orta əmək haqqı nə qədər artıb?

Cəmiyyət
11:30 / 19.02.2025
5081
Ötən ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 255,5 manat təşkil edib.
Bu barədə Sfera.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda orta aylıq əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8% artaraq 996,8 manat təşkil edib.