Braziliyalı cütlük ən uzunömürlü evlilik rekordunu qırdı - FOTOLAR


Braziliyalı cütlük ən uzunömürlü evlilik rekordunu qırdı - FOTOLAR

Braziliyalı cütlük Manoel Angelim Dino və Maria de Souza Dino zamanın sevgi üzərində heç bir gücü olmadığının canlı sübutudur. Onlar artıq 84 ildir evlidirlər. Bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilib.
 

Sfera.az bildirir ki, rekordçular 1940-cı ildə evləniblər və 13 övlad sahibidirlər. İndi kişinin 105, həyat yoldaşının isə 101 yaşı var. Cütlük yaşayan cütlüklər arasında ən uzun nikah rekordu qoyub.
 

Rekordçular 1940-cı ildə Braziliyanın evləniblər. Evlənməzdən 4 il əvvəl tanış olan cütlük ilk dəfə 1936-cı ildə ailələri üçün kənd təsərrüfatında işləyərkən tanış olublar.


 

Manoel daha sonra rapadoura (ənənəvi Braziliya konfetləri) daşımaq üçün Boa Viagem bölgəsindəki Almeyda bölgəsinə gedib və orada da Maria ilə görüşüb.
 

İlk görüş xüsusi bir şeyə səbəb olmayıb və yalnız 1940-cı ildə ikinci görüşdən sonra Manoel həyatını birlikdə keçirmək istədiyi qadının Maria olduğuna qərar verib.
 

Rəsmi nişanlanmadan əvvəl cütlük bir çox çətinliklərin öhdəsindən gəlib, Marianın anası Manoelə qarşı olub. Manoel sevgilisinin ailəsinin etibarını qazanmalı idi və tezliklə gələcək ailəsi üçün ev tikməyə başlayıb, toydan sonra Maria ilə birlikdə burada məskunlaşıb.
 

Bu illər ərzində cütlük 13 övlad böyüdüb, sonradan onların 55 nəvə, 54 nəticəsi olub, hazırda 12 kötücələri var.


Maria və Manoel evliliklərinin uzunömürlülüyünün sirrinin sevgi olduğunu deyirlər.
 

Qeyd edək ki, 2025-ci ilin fevralına olan məlumata görə, ən uzun nikah (əks cinslər) David Jacob Giller (20 oktyabr 1789-cu ildə anadan olub, 7 iyul 1899-cu ildə vəfat edib) və Sarah Davy Giller (17 mart 1792-ci il təvəllüdlü, 8 aprel 1898-ci ildə vəfat edib) olub.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

Polis Akademiyası kişi kursantlara makiyaj sənətini öyrədir: Belə bacarıqlar nəyə lazımdır?

Yaponiyanın Fukusima şəhərində yerləşən Fukusimaken Keisatsugakko Polis Akademiyasında 60 kursant üçün ixtisasartırma kursu keçirilib. Yaponiyada polis aka...

Kino ssenarisi kimi hadisə: Ata bildiyi şəxs əsl atasının qatili çıxdı

Türkiyənin Muğla şəhərində yaşayan 50 yaşlı Berrin Nalcı ailəsi ilə miras mübahisəsindən sonra DNT testi etdirib. Nalcı test nəticələrindən sonra həyatının şoku...

“Uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir”

“Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata ...

Dünyanın ən gözəl adası: İl boyu günəş var, turist yoxdur - FOTO

Ən gözəl Kanar adalarından biri olan La Palma, mülayim iqlimi, heyrətamiz çimərlikləri və möhtəşəm təbiətinə baxmayaraq, daha məşhur qonşularının kölgəsində qal...

Kağız tullantılarının arasından qiymətli kart tapdı: Dəyərini öyrənənlər şoka düşür

ABŞ-ın Texas ştatından olan 37 yaşlı Camel 20 il əvvəl gündəliyində gizlətdiyi Pokemon kartına rast gəlib. Bu gün bu nadir kart, kişinin fikrincə, təxminən 8000...

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir – Qrafikdə dəyişikliklər mümkündür

ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində f...