Qızıla yatırım etmək istəyən şəxslərin NƏZƏRİNƏ


Qızıla yatırım etmək istəyən şəxslərin NƏZƏRİNƏ

"Dövlət Neft Fondu (ARDNF) bu il investisiya portfelində qızılın payını 25%-ə çatdıracağını bildirib.Fondun rəhbərliyi qızıla yatırımların qısa müddətli dövrdə müəyyən risklər daşısa da, uzunmüddətli perspektivdə etibarlı və effektiv bir aktiv olduğunu vurğulayıb. Tarixi təcrübə göstərir ki, qızıl uzunmüddətli dövrlərdə dəyərini qoruyub, iqtisadi dalğalanmalar fonunda sabitlik təmin edərək sahiblərinə əhəmiyyətli gəlir gətirir".
 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
 

O bildirib ki, ARDNF-nin qızıl ilə bağlı strategiyası bütün maliyyə bazarlarında ən etibarlı investisiya aləti olaraq qiymətləndirilir. Bununla yanaşı, mütəxəssislər investisiya portfelinin strukturunun təhlil edilməsi, risk və gəlirlilik nisbətinin optimallaşdırılması məqsədilə bəzi dəyişikliklərin aparılmasının vacib olduğunu bildirirlər.

 

"Bu dəyişikliklərin yalnız aktivlərin diversifikasiyasının gücləndirilməsi ilə məhdudlaşmaması, həmçinin hazırkı dünya düzəninə uyğun daha dərin fundamental və ESG (ekoloji, sosial və idarəetmə) analiz prinsiplərinə əsaslanması tövsiyə edilir".

 

Ekspert qeyd edir ki, daha dərin analizlər apara bilən fondlar Trampın iqtisadi-siyasi manevrləri nəticəsində öz kapitallarını əhəmiyyətli dərəcədə artıra biləcək. Lakin bu bacarıqları olmayan fondların isə itkilərlə üzləşə biləcəyi bildirilir.


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...