Zelenski-Ərdoğan GÖRÜŞÜ: Ukrayna liderinin əsas məqsədi nədir? - AÇIQLAMA

Zelenski-Ərdoğan GÖRÜŞÜ: Ukrayna liderinin əsas məqsədi nədir? - AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi səfər çərçivəsində Türkiyəyə gedib. Donald Trampla Vladimir Putinin Səudiyyə Ərəbistanında baş tutması planlaşdırılan görüşü ərəfəsində Ukrayna liderinin Türkiyə səfəri ağıllara bəzi sualları gətirir.

 

Ər-Riyad görüşü öncəsi Zelenski Ərdoğandan nə istəyəcək və tərəflər nələri müzakirə edəcəklər? 

 


Mövzu ilə bağlı Sfera.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı səfərlər və diplomatik görüşlər intensivləşib:


"Zelenskinin son zamanlar Səudiyyə Ərəbistanı və Türkiyəyə səfərləri ABŞ-nin Ukrayna ilə bağlı mövqeyinə təsir göstərməyi hədəfləyib.Donald Trampın atdığı addımlar və seçkiöncəsi verdiyi vədlər Ukrayna məsələsini bitirməyə yönəlib. Bu prosesdə Avropanı oyundan kənarlaşdırmaq istəyən Tramp ABŞ-nin təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyinə təminat verdiyini qeyd edib. Avropa ABŞ olmadan nə Rusiyanın, nə də Çinin qarşısında durmaq iqtidarındadır. Zelenskinin məqsədi Trampın mövqeyinə təsir etmək üçün digər güclü müttəfiqlər tapmaq və ABŞ ilə olan münasibətləri daha da inkişaf etdirməkdir. Xüsusilə Trampın Ərdoğana olan rəğbətini nəzərə alaraq, Zelenski onun vasitəsilə ABŞ-yə təsir göstərməyi planlaşdırır".


Xəyal Bəşirov qeyd etdi ki, Zelenskinin səfərləri ABŞ-nin mövqeyini dəyişdirməyə ciddi təsir göstərməyəcək:


 ABŞ Prezidenti, vitse-prezidenti Ceyms Devid Vens, müdafiə naziri Pit Heqset və digər rəsmi şəxslərlə birgə Ukrayna məsələsinə dair mövqeyini artıq bəlli edib.
Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı Trampın mövqeyi əvvəlcədən müəyyənləşib. ABŞ Rusiyaya sərf edən şərtlər altında Rusiya-Ukrayna məsələsini həll etməyə yönəlib”.

 


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...