Qızmış yağların təkrar istifadəsinin zərərləri

Qızmış yağların təkrar istifadəsinin zərərləri
Yeməklərin bişirilməsində yağların rolu böyükdür. Yağlar qızardılacaq qidaları daha dadlı və ləzzətli edir. Bəzən isə qızardılmış qidalara istifadə edilən yağların miqdarı çox olduğundan bəzi qadınlar bu yağları yenidən istifadə edir. Müasir günümüzdə isə istifadə edilən yağların əksəriyyəti kimyəvi yollarla hazırlanmış yağlardır. Bu səbədən də onların istifadəsi yağın kimyəvi tərkibinin ikinci və üçüncü dəfə dəyişilməsinə səbəb olur. Bu səbəbdən də qızardılmış yağın yenidən istifadəsi zamanı diqqətli olmaq lazımdır. Belə ki, yemək hazırlamaq üçün istifadə ediləcək yağın əvvəlcədən istifadəsi olmamalıdır.
Sfera.az immunitet.az-a istinadən bildirir ki, əslində kimyəvi yollarla hazırlanmış bu yağların birinci dəfə də qaynaması zamanı da tərkibində dəyişikliklər baş verir ki, bu da orqanizm üçün çox zərərlidir. Bu səbədən də mütəxəssislər qızartma yeməklərin çox da yaxşı seçim olmadığını qeyd edirlər. Onlar suda bişmiş yeməyin qızartmadan daha faydalı olduğunu söyləyir və qidaları qızartmaq istədikdə təbii yağlara üstünlük vermələrini məsləhət bilirlər. Amma istifadə edilən yağın təkrar istifadəsini tövsiyə etmirlər.
Əgər istifadə etdiyiniz yağın təkrar istifadə edilməsini istəsəniz bu zaman bəzi qaydalara əməl etməlisiniz:
* yağı istifadə etdikdən sonra şüşə qabda saxlamaq lazımdır
* yağ istifadə edildikdən sonra mütləq süzülməlidir
* istifadə edilmiş yağ sərin və qaranlıq yerdə saxlanılmalıdır
* mümkün olduğu qədər qızardılmış yeməklərdən uzaq durulmalıdır.

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...