Bunlar qaraciyər piylənməsinin qarşısını alır - DİQQƏTLİ OLUN

Bunlar qaraciyər piylənməsinin qarşısını alır - DİQQƏTLİ OLUN

Bir çox insan qaraciyər piylənməsindən əziyyət çəkir. Çoxları bu problemin fərqinə belə varmır. Lakin səbəbsiz heç nə olmur.

Sfera.az lent.az-a istinadən qaraciyər piylənməsinin səbəbləri, qarşısının alınması ilə bağlı məlumatları təqdim edir.

Qaraciyər piylənməsinin səbəbləri arasında qarın bölgəsindəki həddən artıq yağlanma ilk yerdə durur. Qaraciyər piylənməsi piylənmə ilə əlaqəlidir. Ancaq bədənin orta bölgəsindəki həddən artıq yağ qaraciyərin piylənməsi olmasa belə, yağlanmasına səbəb ola bilər.
 
Həddən artıq işlənmiş qida yemək də qaraciyər piylənməsinin səbəbləri sırasındadır. Peçenye, çörək, makaron, tort kimi işlənmiş karbohidratları çox yemək qaraciyərdə daha çox yağ yığılmasına gətirib çıxarır. Həddən artıq karbohidrat qəbul etdikdə qaraciyərdəki yağ nisbəti bir neçə həftə ərzində 27%-ə qədər arta bilər.
 
İnsulin müqaviməti və diabet də qaraciyəri piyləndirir. Diabet xəstəsisinizsə, qaraciyərinizdə yağlanma riski var. Xüsusilə 2-ci tip diabetik və metabolik sindromunuz varsa, bu risk yüksəkdir. Bu xəstəliklər qaraciyərin daha çox yağ depolamasına səbəb olur.
 
Qaraciyər piylənməsinin əlamətləri
 
- Qarnın sağ tərəfində və ya mərkəzində şişlik, həssaslıq, ağrı hissi varsa, bu,  qaraciyərinizlə əlaqədar problemə işarə ola bilər. Ancaq bu vəziyyət həzm sistemi ilə də əlaqəli ola bilər. Həkimə müraciət etməyinizdə fayda var.
 
- Yüksək insulin, triqliserit və qaraciyər fermenti səviyyələri də piylənmənin əlamətləri sırasındadır. Qaraciyər piylənməsi ümumiyyətlə, özünü əlamətsiz göstərir, əsasən analiz və müayinələrlə ortaya çıxır.
 
- İştahsızlıq da bu problemin əlamətləri sırasındadır. Qaraciyər piylənməsi irəlilədikcə simptomlar daha ciddi və diqqətəçarpan hala gəlir. İştahsızlıq ilk simptomlardan birdir.
 
- Gözlərdə və dəridə saralmalar hiss edirsinizsə, narahat olmağa dəyər. Çünki qaraciyər hüceyrələrinin məhviylə yarana bilən hepatit dəridə və gözün ağ qisimlərində saralmağa səbəb olur.
 
Qaraciyəri qorumaq üçün nə etmək lazımdır?
 
Karbohidratı azaldın
 
Karbohidratlar, xüsusilə işlənmiş qidalar qaraciyər yağlanmasına səbəb olur. Qaraciyərinizin sağlam olmasını istəyirsinizsə, karbohidratları tam taxıllı qidalarla əvəz edin. Araşdırmalardan biri sübut edib ki, bəzi pəhrizlər qaraciyər yağlanmasını ciddi nisbətdə azaldır.
 
Yaşıl çay için
 
Aparılan araşdırmalar yaşıl çayda olan antioksidantların qaraciyər yağlanması və iltihabını azaltdığını göstərib.
 
Sağlam yağlar və lifli qidalar yeyin
 
Qaraciyərinizdəki yağı azaltmağa çalışarkən yağ qəbul etmək sizə qəribə görünə bilər. Ancaq bütün yağlar eyni deyil. Avokado, zeytun yağı, fındıq və fıstıqlarda olan təkli doymamış yağların qaraciyər piylənməsini azaltdığı müşahidə edilib. Eyni şey lifli qidalar üçün də etibarlıdır.
 
Aktiv həyat tərzi
 
Qaraciyər piylənməsi və digər qaraciyər xəstəlikləri piylənmə ilə əlaqəli ola bilir. Buna görə də qaraciyər problemlərinin qarşısını almaq istəyirsinizsə, əvvəlcə çəkinizi idarə edin. Bunun üçün fiziki fəaliyyət və aktiv həyat tərzi mühüm rol oynayır.



OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...