2038-ci ildə bir çox elektron cihazın sıradan çıxmasına səbəb olacaq hadisə: Bu ilin problemi nədir?


2038-ci ildə bir çox elektron cihazın sıradan çıxmasına səbəb olacaq hadisə: Bu ilin problemi nədir?

2038-ci ilə qədər istifadə etdiyimiz bəzi cihazlar problemsiz işləməyə davam edəcək. Ancaq müəyyən bir tarixdən sonra böyük bir problem yarana bilər. Saatların geri çəkilməsi kimi qəribə bir vəziyyətlə qarşılaşa bilərik. Bunun səbəbi daha çox texniki problemdir.


Sfera.az bildirir ki? 2038-ci ilin problemi 32 bitlik sistemlərin limitlərinə əsaslanır. Zamanı saniyələrlə hesablayan bu sistemlər 1970-ci il yanvarın 1-i başlanğıc nöqtəsi kimi qəbul edir.

 

Bununla belə, 32 bitlik prosessorlar yalnız 2,147,483,647 saniyəyə qədər saya bilir. Vaxt 19 yanvar 2038-ci il saat 03:14:07-də ​​başa çatır və sistemlər ya çökəcək, ya da tarix 13 dekabr 1901-ci il tarixinə qayıdacaq.
 

 

Bu gün istifadə edilən bir çox köhnə cihaz və sistemlər bu problemdən təsirlənə bilər. Bankomatlar, POS cihazları və bəzi kompüterlər 32 bitlik prosessor əsaslı sistemlərə əsaslanır.
 

64-bit sistemləri olan daha yeni qurğular bu problemi 2486-cı ilə qədər təxirə salıb. Ancaq köhnə cihazlar üçün bu, böyük təhlükə yaradır.
 

2012-ci ildə “YouTube” oxşar problemlə üzləşmişdi. "Gangnam Style" videosu 2.147.483.647 baxışa çatanda sayğaclar işləməyi dayandırmaq təhlükəsi ilə üzləşib.
 

“YouTube” bu vəziyyətin qarşısını almaq üçün sayğac sistemini yeniləyib. İndi oxşar vəziyyət 2038-ci ildə daha geniş miqyasda baş verə bilər.


Köhnə cihazların yenilənməsini və ya dəyişdirilməsini tələb edir. Texnologiya şirkətləri bu problemi 64 bit sistemlərə keçməklə həll edə bilər.
Lakin risk hələ də köhnə sistemlərdən asılı olanlar üçün qalır. Daha çox şirkət bu məsələyə ciddi yanaşmalıdır.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqəda...

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən S...

"Nüşabə Ələsgərli övladlarına xarici ölkələrdə ev alıb"

"Şou-biznesdə varlılar çoxdur. Deyilənlərə görə, ən varlısı Nüşabə Ələsgərlidir. İndi gəlib mənimlə dalaşacaq".   Sfera.az xəbər verir ki, ...

Rusiya prezidenti: “Ukrayna ilə barışıq qaçılmazdır”

“Ukrayna ilə barışıq qaçılmazdır və bu zaman məsələsidir”.   Sfera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Ross...

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti güclənib

Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava şəraiti davam edir, b...

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: May ayının bu günlərində...

May ayında Günəş fəallığının artması səbəbindən Yer kürəsində bir neçə maqnit qasırğası qeydə alınacaq.   Proqnozlara əsasən, bu hadisələr mayın müxt...