İmamoğlu 4 ilə qədər həbs edilə bilər

Dünya
13:27 / 17.02.2025
4191
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu yanvarın 27-də keçirdiyi mətbuat konfransında CHP bələdiyyələrinə qarşı aparılan araşdırmalarda ekspert təyin edilən şəxsin adını açıqlamışdı. Bu açıqlamadan sonra İmamoğluna qarşı “müəyyən araşdırmalara cavabdeh eksperti hədəfə alaraq ədliyyə məmuruna təsir göstərməyə cəhd” maddəsi ilə istintaq başladılıb. Artıq faktla bağlı ittiham aktı tamamlanıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ittiham aktında İmamoğlunun 2 ildən 4 ilə qədər həbsi tələb olunub.
Qeyd edilib ki, ittiham aktı məhkəməyə təqdim olunacaq və qəbul olunarsa, məhkəmə prosesi başlayacaq.
Xatırladaq ki, başqa bir ittiham aktında isə bələdiyyə sədrinin 7 il 4 aya qədər həbs olunması tələb edilib.