Zelenskini BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyəyə aparacaq əsas SƏBƏBLƏR - ŞƏRH

Zelenskini BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyəyə aparacaq əsas SƏBƏBLƏR - ŞƏRH

Zelenski Kiyevin ABŞ-Rusiya görüşünə dəvət edilmədiyini bəyan edib. Ardınca bildirib ki, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfəri planlaşdırılır. Dünən axşam saatlarında Zelenski BƏƏ-yə rəsmi səfər edib, Ukrayna nümayəndələri isə səudiyyəli həmkarları ilə onun Ər-Riyad səfəri üzərində işləyirlər. Rəsmi məlumata görə, səfər çərçivəsində investisiya və ikitərəfli münasibətər prioritet olacaq, hərçənd əsas məqsədin Ukrayna ilə bağlı Vaşinqton-Moskva danışıqları olduğu aydındır.

 

Maraqlıdır, ABŞ-Rusiya nümayəndələrinin görüşündə Kiyevin təmsilçiləri olacaqmı? Həmçinin ABŞ-Rusiya danışıqları, Trampla Putinin mümkün görüşündən öncə Zelenski niyə BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyəyə üz tutur?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, Rəsmi Kiyev “Rusiya sülhə hazır deyil” bəyanatı ilə bu görüşə qatılmayacaqlarını bəyan edib, lakin Ukrayna nümayəndələrinin artıq Səudiyyədə olduğuna dair məlumatlar var:

 

“Bu, Zelenskinin mümkün səfərinə hazırlıq məqsədi kimi görünsə də, onların ABŞ-Rusiya nümayəndələrinin danışıqlarında iştirak edəcəyi istisna edilməməlidir. Ukrayna mümkün danışıqlarda gündəliklə praktiki olaraq tanış olmaq və buna uyğun addım atmaq istəyir”

 

A.Nərimanlı qeyd edib ki, səfərin iqtisadi-siyasi əməkdaşlığa dair gündəliyi vitrin xarakteri daşıyır və Kiyev üçün üç ölkə mövcud vəziyyətdə əhəmiyyətlidir:

 

“Öncəliklə, əsas məqsəd ABŞ və Rusiyanın Ukrayna danışıqlarına qarşı alternativ cəbhə qurmaqdır. Kiyevi dəstəkləyən Avropa faktiki oyundankənar vəziyyətə düşüb, Münhendə bu, açıq şəkildə göründü. Zelenski hər üç ölkənin dəstəyini almaqla mümkün danışıqlarda Ukraynanın siyasi cəbhəsini genişləndirmək və əlini gücləndirmək istəyir. Mümkün danışıqlarda hər üç ölkənin Ukraynanın mövqeyindən çıxış etməsinə nail olmağa çalışır. Mümkündür ki, Zelenski Səudiyyədəki danışıqlara Türkiyə və BƏƏ-nin də iştirak etməsi şərti ilə qatıla biləcəyini irəli sürsün, səfər trafikinin əsas hədəfi də bunu müzakirə etmək ola bilər. Buna nail olacaqları sual altında olsa da, mövcud şərtlərdə Ukrayna diplomatiyasının bütün mümkün manevrlərdən istifadə etməsi doğru gedişdir. Rəsmi Kiyevin ziddiyyətli davranışları, görüşdən imtina etmələri fonunda Zelenski və komandasının ərəb ölkələrinə gedişi mümkün Ər-Riyad danışıqlarında mövqelərin möhkəmləndirilməsi ilə yanaşı, kənarda qalan Avropanın da dəstəyini itirməməyə hesablanıb”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan Türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...