Ukrayna Rusiyanın ən yeni qısa və orta mənzilli zenit-raket kompleksini məhv etdi

Ukraynanın Donetsk vilayətində Qara Meşə artilleriya kəşfiyyat briqadasının kəşfiyyatçıları Rusiyanın ən yeni qısa və orta mənzilli zenit-raket kompleksini "S-350 Vityaz”ı aşkar edərək məhv ediblər.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ukrayna Müdafiə Nazirliyinin “Xortitsa” əməliyyat-strateji qoşun qrupu açıqlayıb.
“S-350 Vityaz” Rusiyanın yeni nəsil orta mənzilli zenit-raket kompleksidir. Belə bir hava hücumundan müdafiə sisteminin təxmini dəyəri 135 milyon dollardır.Yeni nəsil zenit-raket kompleksinin yaradılmasında məqsəd “S-300”, “S-400” sistemlərində, “Pantsir-S1” zenit-raket və silah kompleksində, eləcə də “Tor-M2” zenit-raket kompleksində olan çatışmazlıqları əvəz etməkdir.
Xüsusən “Pantsir-S1”lərin çətinlik çəkdikləri yerlərdə yeni nəsil komplekslərdən istifadə olunmağa başlanıb. Ukrayna mediası yazır ki, yeni nəsil “S-350 Vityaz”ların aşkarlanıb asanlıqla məhv edilməsi bu sistemlərin də müdafiə imkanlarının zəif olduğunu göstərir.
Vasif