"Google" "YouTube"la bağlı bu məlumatları bizdən gizlədir


"Google" "YouTube"la bağlı bu məlumatları bizdən gizlədir

Fevralın 14-də "YouTube"un fəaliyyətə başlamasının 20 ili tamam oldu. Platforma haqqında müxtəlif araşdırmalar aparılsa da, onun əsas göstəriciləri (ümumi baxış müddəti, video sayı və digər statistikalar) "Google" tərəfindən gizli saxlanılır.

 

Bu barədə "BBC" xəbər verir.

 

Araşdırmalara görə, "YouTube"un aylıq aktiv istifadəçi sayı 2,5 milyard nəfərdir. Orta hesabla bir istifadəçi ayda 29 saat video izləyir. Bu, dünya üzrə hər ay 8,3 milyon il videoya baxıldığını göstərir.

 

Massaçusets Universitetinin tədqiqatçıları platformadakı videoların sayını öyrənmək üçün xüsusi proqram hazırlayıblar. Onların hesablamalarına görə, 2022-ci ildə "YouTube"da 9 milyarddan çox video olub. 2024-cü ildə bu rəqəm 14,8 milyarda çatıb.

 

Araşdırmalar göstərir ki, "YouTube"a yerləşdirilən videoların çoxu peşəkar kontent deyil. Videoların cəmi 0,21%-i gəlir gətirmək məqsədilə paylaşılıb. 4%-dən azında izləyicilərə abunə olmaqla bağlı çağırış edilib. Videoların ortalama uzunluğu 64 saniyədir. 4% video isə ümumiyyətlə izlənilməyib.

 

Ekspertlər hesab edirlər ki, "YouTube" sadəcə bir platforma deyil, qlobal informasiya ekosisteminin vacib hissəsidir və onun fəaliyyəti ilə bağlı məlumatlar daha əlçatan olmalıdır. Bununla belə, "Google" platformanın əsas göstəriciləri barədə məlumat verməkdən imtina edir.  / Teleqraf


OXŞAR XƏBƏRLƏR

Güləşçimiz Avropa çempionuoldu

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.   Sfera.az...

“QHT işi” üzrə daha 2 nəfər həbs olundu

“QHT işi” üzrə daha 2 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Sfera.az xəbər verir ki, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və so...

Leyla Əliyeva Əminəni belə təbrik etdi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qızı Əminəni ad günü münasibətilə təbrik edib.  ...

Fidan: Ərdoğan və Tramp qısa zamanda görüşəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla görüşü liderlərin öz iradələrini bəyan etdikləri məsələdir.   Sfera.az x...

Azərbaycan - Türkiyə əməkdaşlığı və gələcək inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib   Sfera.az xəbər verir ki, bu barədə elm və təhsil naziri...

25 yaşlı kişidə Stiven Hokinqə bənzər xəstəlik aşkar edildi

Bu ilin fevral ayında 25 yaşlı Texas sakini Maykl Stouna motor neyron xəstəliyinin ən çox yayılmış forması olan amiotrofik yanal skleroz (ALS) diaqnozu qoyulub....