Tramp Azərbaycanda işləmiş şəxsi onunla əvəzlədi


Tramp Azərbaycanda işləmiş şəxsi onunla əvəzlədi

ABŞ Prezidenti Donald Tramp hind əsilli ekspert Pol Kapuru dövlət katibinin Cənubi Asiya üzrə müavini vəzifəsinə irəli sürüb. Pol Kapur yeni vəzifəsində Donald Lunu əvəz edəcək. Donald Lu vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində də çalışıb, təxminən bir il ərzində səfiri əvəz edib, müvəqqəti işlər vəkili olub. Donald Lunun hazırki vəzifədə səlahiyyət müddəti 17 yanvar 2025-ci ildə bitib.

 

Sfera.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

 

O, yeni təyinatın nədən xəbər verdiyini belə izah edib.

 

"Pol Kapur Cənubi Asiya üzrə mütəxəssis sayılır. O, məşhur Stenford Universitetinin nəzdindəki Huver İnstitutunun aparıcı əməkdaşıdır. Onun təhqiqat sahəsinə Əfqanıstan, Banqladeş, Butan, Hindistan, Qazaxıstan, Maldiv, Nepal, Pakistan, Şri-Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. Kapur 2020-2021-ci illərdə Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya, o cümlədən Hind-Sakit okean bölgəsi, ABŞ-Hindistan münasibətlərinin siyasətini müəyyənləşdirən planlaşdırma şöbəsində çalışıb. Kapur ABŞ Müdafiə Nazirliyi üçün də bu mövzularda hesabatlar hazırlayıb. Maraqlıdır ki, Tramp hind əsilli ekspertin mühüm vəzifəyə namizədliyini Hindistanın Baş naziri Narendra Modi ilə görüşdən sonra irəli sürüb. Pol Kapur ABŞ-ın Hindistanla sıx tərəfdaşlığını dəstəkləyir, Pakistanın siyasətinə isə münasibəti tənqididir. Bu baxımdan Kapurun dövlət katibi və prezident üçün hazırlayacağı hesabatlar ABŞ-Pakistan münasibətlərinə təsir edə bilər.

 

Yeni təyinat ondan xəbər verir ki, Tramp administrasiyası Cənubi və Mərkəzi Asiya bölgəsi ilə əməkdaşlığa diqqəti azaltmayacaq. Dövlət katibinin bölgə üzrə keçmiş müavini Donald Lu tez-tez bölgəyə səfər edərək, Mərkəzi Asiya ölkələrinin ABŞ-la müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını araşdırırdı. Məhz Donald Lunun təklifi ilə dəyəri 25 milyon dollar olan "Mərkəzi Asiya İqtisadi Davamlılıq Təşəbbüsü" irəli sürülmüşdü. Aydındır ki, Donald Tramp bu cür layihələri maliyyələşdirməyəcək. Eyni zamanda dövlət katibinin yeni müavini Pol Kapur ABŞ-ın bölgədə maraqlarının təmin edilməsi və Amerikaya gəlir gətirəcək ortaq layihələrin reallaşdırılması imkanlarını araşdıracaq. Bu çərçivədə Tramp administrasiyasının Cənubi və Mərkəzi Asiya ölkələrinə hərbi texnika satışı da mümkündür.

 

Vaşinqton Pol Kapur vasitəsilə Çini Cənubi və Mərkəzi Asiyada sıxışdırmaq üçün yollar arayacaq".

 


OXŞAR XƏBƏRLƏR

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...

“Bitcoin”dən tarixi rekord

“Bitcoin”in qiyməti 3,5% artaraq tarixdə ilk dəfə 113 000 dollar həddini keçib.   Sfera.az xəbər verir ki, bu RİA Novosti ticarət mə...

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...