İtkin düşən kişi öldürülüb - Ata və oğlu SAXLANILDI

İtkin düşən kişi öldürülüb - Ata və oğlu SAXLANILDI

Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalından aşkar olunub. 

 

Sfera.az xəbər verir ki,  M.Seyidovun qonşuları - 1980-ci il təvəllüdlü Elşad Elburus oğlu Abbasov və onun 2005-ci il təvəllüdlü oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib. 

 

Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib. 

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR