Zaqatalada ikiotaqlı ev yanıb külə döndü

Cəmiyyət
22:50 / 15.02.2025
7254
Zaqatalada ikiotaqlı evdə yanğın olub.
Sfera.az xəbər verir ki, hadisə rayonun Əliabad kəndində qeydə alınıb.
Hadisə nəticəsində kənd sakini Xədicə Musayevaya məxsus ikiotaqlı, ümumi sahəsi 70 kvadratmetr olan mənzil əşyalarla birlikdə yanıb. Yanğında xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.