Tanınmış həkim vəfat etdi - FOTO


Tanınmış həkim vəfat etdi - FOTO

Tanınmış həkim Qulu Fətullayev vəfat edib.

 

Sfera.az-ın məlumatına görə, bu barədə mərhumun tanışları məlumat yayıb.

 

Qeyd edilib ki, uzun illər Lənkəranda həkim kimi fəaliyyət göstərən Qulu Mirəhməd oğlu Fətullayev 80 yaşında dünyasını dəyişib.

 

Xatırladaq ki, Qulu Fətullayev 11 sentyabr 1944-cü ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1961-ci ildə Lənkəran Tibb Texnikumunun feldşerlik fakültəsinə daxil olub və 1964-cü ildə bu məktəbi bitirərək həkimlik peşəsinə başlayıb. Astara rayonunda, Liman şəhərində və doğma Boladi kəndində feldşer kimi fəaliyyət göstərib.

 

1964-cü ildə Seçenov adına Moskva Dövlət Tibb Universitetinə daxil olub. Lakin atasının səhhətində yaranan problemlər səbəbindən təhsilini davam etdirmək mümkün olmayıb. 1967-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub, universiteti fərqlənmə diplomu ilə bitirib və Lənkərana qayıdıb.

 

Q.Fətullayev 1976-cı ildən etibarən Lənkəran Ağciyər Xəstəlikləri Xəstəxanasında çalışıb. Burada həkim, şöbə müdiri və ardınca 7 il baş həkim vəzifəsində işləyib. 2010-cu ildən təqaüddə olub. (Metbuat.az)


OXŞAR XƏBƏRLƏR

Ermənistan hərbçiləri qəzaya düşüb, ölənlər var

Ermənistan ordusunun hərbçisi Marqara-Vanadzor magistral yolunda "Nissan” və “QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində həlak...

Məşhur türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin canlı korifeyi Selami Şahin təcili olaraq xəstəxanaya yerləşdirilib. O, yay tətilini keçirdiyi İzmirin Çeşmə rayonunda yıxılıb.   Sfera.az...

Evə telefon çəkdirmək 30 manata başa gələcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyası telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərar qəbul edib.  ...

Bu ixtisası bitirənlər iş tapa bilmir - Plan yerləri azaldılsın!

Bir çox abituriyent sadəcə keçid balı aşağı olduğu üçün Regionşünaslıq ixtisasını seçirlər. Lakin əksəriyyəti bu sahəni bitirdikdən sonra harada və hansı peşə ü...

Xaricdə təhsil alan 107 nəfərin diplomu tanınmayıb

İyul ayı üzrə 694 müraciətçinin 587-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 107 nəfərin müraciəti isə mənfi qərarla yekunl...

Belçika Azərbaycana yeni konsul təyin etdi

Belçikanın Azərbaycan səfirliyinin nümayəndəlik rəhbərinin yeni müavini və konsul vəzifəsində fəaliyyət göstərəcək diplomatın kimliyi məlum olub.   S...