"Kızılcık Şerbeti"nin aktrisası vanna otağında yıxıldı, xəstəxanalıq oldu - FOTO

Maqazin
16:46 / 15.02.2025
3876
"Kızılcık Şerbeti" serialının aktrisası Feyza Civelekin başına iş gəlib.
Sfera.az xəbər verir ki, o hamamda yıxılaraq qolunu sındırıb. Aktrisa vanna otağından çıxarkən müvazinətini itirib və qolu üstə yerə düşüb. Dərhal xəstəxanaya aparılan Feyzanın qoluna gips qoyulub.
Bundan sonra serialın senarisində Feyzanın bu halına uyğun hekayə əlavə ediləcək. O "Kızılcık Şerbeti"ndə Nilay obrazına həyat verir.