Rasim Balayev Baş nazirə müraciət etdi

Rasim Balayev Baş nazirə müraciət etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, müraciətdə deyilir:

 

“Şuşanı, Laçını , Kəlbəcəri görməyən, amma onun azad olması üçün canından keçən gənc nəslin milli ruhda formalaşmasında kinomuzun da rolu böyükdür. Amma bu sahədə əldə etdiyimiz uğurlara ciddi təhlükə yaranıb. Belə ki, uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayı yox dərəcəsindədir: son otuz ildə bu istiqamətdə dövlət dəstəyilə cəmi beş tammetrajlı bədii film çəkilib. Bu müddət ərzində çəkilən animasiya filmlərinin sayı isə orta hesabla ilə bir film təşkil edir. Bununla yanaşı, uşaq və yeniyetmələrin Azərbaycan kinosunun Qızıl fonduna daxil olan filmləri ilə tanışlığı da aşağı səviyyədədir. Bunun nəticəsində yeni nəslin, yad dəyərlərin daşıyıcısı olan, xarici dillərdə çəkilmiş filmlərdən asılılığı artır, milli ruha yad, ana dilini, tarixini kamil bilməyən nəsil formalaşması təhlükəsi yaranır. Sosial şəbəkələrin neqativ rolu bu prosesi daha da gücləndirir. Bu tendensiyanın qarşısının alınması üçün uşaq və yeniyetmələrə ünvanlanmış, onları ədəbiyyatı, tarixi və qəhrəmanları ilə tanış edən filmlərin çəkilməsi, onların uşaq və məktəblilər arasında təbliğ edilməsi tələb olunur. Bu məsələdə dövlətimizin təhsil və kino siyasətini həyata keçirən aidiyyəti qurumların birgə işinin təşkil edilməsi məqsədilə, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti “Uşaq kinosunun inkişafı” Dövlət Proqramının qəbul edilməsini vacib sayır”.

 

AKİ sədri Dövlət Proqramının qəbul edilməsini vacib edən arqumentləri sadalayaraq, uşaq və yeniyetmələrə ünvanlanmış filmləri çəkən studiyanın yaradılmasını, animasiya filmlərinin istehsalının dəstəklənməsini təklif edir: “Proqramın məqsədi, uşaq və yeniyetmələrə ünvanlanmış, onların milli ruhda tərbiyələnməsinə xidmət edən filmlərin çəkilməsi, bu filmlərin ünvanına çatdırılması üçün təhsil və kino sahəsi üzrə aidiyyəti qurumların birgə işinin təmin edilməsidir. Kinomuzun Qızıl fonduna daxil olan filmlərinin nümayişlərinin sistemli təşkili, animasiya filmlərimizin qənaətbəxş səviyyəyə qalxması, animasiya istehsalı üçün kadrların hazırlığı, azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş kino zallarının təşkili, məktəblərdə film nümayişi üçün texniki imkanların artması Proqramın əsas vəzifələrindən olmalıdır. Özəl prodüserlərin və investorların bu sahədə passivliyi səbəbindən uşaq və yeniyetmələrə ünvanlanmış bədii və animasiya filmləri çəkən, dövlət tərəfindən dəstəklənən film studiyası da Proqram çərçivəsində yaradıla bilər. Bu studiyanın, fəaliyyətlərini faktiki dayandırmış  “Azanfilm” və “Yaddaş” studiyalarının bazasında yaranması məqsədəuyğun olardı”.

 

Xatırladaq ki, kino ictimaiyyəti və aidiyyəti qurumları narahat edən Nazirlər Kabinetinin 1997-ci ildə qəbul edilmiş 38 nömrəli qərarı ilə bağlı AKİ sədri Rasim Balayevin Baş nazir Əli Əsədova müraciəti, adıçəkilən qərarın yenilənməsi işini tezləşdirdi və kino prosesinə mane olan bəndlər ləğv edildi, qərarda nizamlanan müəllif qonorarları günümüzün tələblərinə uyğun dəyişdirildi.


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...