İlon Mask 13-cü dəfə ata oldu

Dünya
14:47 / 15.02.2025
3242
Dünyaca məşhur milyarder iş adamı İlon Mask 13-cü dəfə ata olub.
Sfera.az xəbər verir ki, yazıçı Eşli Sent Kler Maskdan körpəsini 5 ay əvvəl dünyaya gətirdiyini bildirib.
“Mən bunu övladımızın məxfiliyini və təhlükəsizliyini qorumaq üçün əvvəllər açıqlamamışdım. Mediadan xahiş edirəm ki, övladımızın şəxsi həyatına hörmət etsinlər və müdaxilə xəbərlərindən çəkinsinlər”, - deyə Eşli vurğulayıb.
İlon Mask 13-cü övladı ilə bağlı məlumatı nə təkzib, nə də təsdiqləyib.
Xatırladaq ki, milyarderin Castin Uilsonla ilk evliliyindən altı, ən kiçiyi bir yaşında olan Siobhan Zilisdən üç, Maskın 2021-ci ildə ayrıldığı müğənni Qraymsdan üç övladı var.