Kamaləddin Qafarov:Azərbaycan – Somali əlaqələri intensivləşir”

Kamaləddin Qafarov: “Azərbaycan – Somali əlaqələri intensivləşir”

“Azərbaycanın uğurla ev sahibliyi etdiyi 29-cu Qlobal İqlim Konfransında qaldırdığı məsələlər və əldə olunmuş son dərəcə uğurlu nəticələr bir daha göstərdi ki, dövlətimiz özünün xarici siyasətində ümumbəşəri dəyərləri hər zaman mühüm amil kimi nəzərə alıb. Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə dediyi kimi, Azərbaycan Qlobal Şimalla Qlobal Cənub arasında körpü rolunu oynaya bilər və bu kimi təmasların qurulmasına hazırda daha çox ehtiyac var”.



Sfera.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.



Deputat vurğulayıb ki, inkişaf etməkdə olan və yoxsulluqdan, iqtisadi sıxıntılardan əziyyət çəkən ölkələrə yardım edilməsi getdikcə daha çox aktuallıq kəsb edir: “Buna nail olmağın yollarından biri də beynəlxalq platformalar çərçivəsində dialoqun aparılmasından, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsindən keçir. Cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri çərçivəsində hər iki ölkənin dövlət başçıları arasında aparılan müzakirələr də bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirilməlidir. Ölkə Prezidenti İlham Əliyevin Somali Prezidentinin ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da bu səfərin ölkələrimiz arasında perspektivli əməkdaşlıq əlaqələrinin bundan sonra daha yüksək dinamika ilə inkişaf etdiriləcəyi bir daha öz təsdiqini tapıb”.



K.Qafarov bildirib ki, Azərbaycan ilə Somali arasında imzalanmış sənədlər bu ölkənin mövcud potensialının iqtisadi inkişafa yönəldilməsinə xidmət edəcək:

 

"İlk növbədə, Prezidentimiz öz bəyanatında birmənalı şəkildə bildirdi ki, imzalanmış sənədlər ikitərəfli əlaqələri bir çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəni aydın şəkildə nümayiş etdirir. Bakıdakı razılaşmalar iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldıracaq. Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır. Cənab Prezident qeyd etdi ki, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Eyni zamanda da vurğulandı ki, Somalinin kənd təsərrüfatında böyük potensialı və Azərbaycanın özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəfləri olduğu nəzərə alınaraq, bu sahədə də kifayət qədər nəzərəçarpan əməkdaşlıq qurula bilər”.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...