ABŞ-nin vitse-prezidenti Aİ ölkələrini TƏNQİD ETDİ

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Münxen Təhlükəsizlik Konfransında çıxış edərək Avropa hökumətlərini tənqid edib.
Sfera.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Əgər insanlar öz fikirlərini bildirsələr və buna görə cəzalandırılsalar, ABŞ Prezidenti Donald Tramp administrasiyası bunun tam əksini edəcək. İnsanların fərqli fikirləri ola bilər və Tramp administrasiyası bu fərqli fikirlərin mövcud olmasını təmin etmək üçün çalışacaq",- Vens deyib.
O, söz azadlığının məhdudlaşdırılmasına misal kimi Avropa Komissiyasının sosial mediaya qarşı hərəkətlərini göstərib.
ABŞ siyasətçisinin sözlərinə görə, o, bəzi Avropa ölkələrini başa düşə bilmir və Avropaya müəyyən qəzəblə baxır.
ABŞ vitse-prezidenti qeyd edib ki, Avropa üçün əsas təhlükə başqa ölkələr deyil, öz dəyərlərinin sarsıdılmasıdır:
"Avropa ilə bağlı ən çox narahatlıq doğuran təhlükə Rusiya, Çin və ya başqa bir xarici aktor deyil. Məni narahat edən şey Avropanın içindən gələn təhlükədir, Avropanın bəzi fundamental dəyərlərindən geri çəkilməsidir".
Firuzə Əliyeva