Sosial verilişlərin yayımı DAYANDIRILIR? - Açıqlama

17:52 / 14.02.2025
7535
""Media haqqında" Qanun pozulmadığı halda Audiovizual Şura hansısa kanala məhdudiyyət və ya nədəsə qadağa qoymağı planlaşdırmır".
Sfera.az bildirir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov televiziya kanallarında ailə-məişət mövzusunda yayımlanan verilişlərin dayandırılmasının nəzərdə tutulması barədə sualı cavablandırarkən deyib.